Prezident İlham Əliyev bu gün Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun təltif edilməsi haqqında sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və nəqliyyat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tağı Məhəmməd oğlu Əhmədov 2-ci dərəcəli "Əmək” ordeni ilə təltif edilib.
Xatırladaq ki, fevralın 1-də Tağı Əhmədovun 70 yaşı tamam olub.
O, həm də YAP Yasamal rayon təşkilatının sədridir.