XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

03 Fevral 2018 - 16:25

Pentaqon:"Dünya müharibələrinin baş verməməsi ABŞ-ın xidmətidir"

Dünya miqyaslı hərbi münaqişələrin uzun müddətdir baş verməməsi ABŞ-ın xidmətidir.

"Report" "Gazeta.Ru"ya istinadən xəbər verir ki, bu barədə Pentaqon tərəfindən dərc olunmuş nüvə doktrinasında bildirilir.

"XX əsrin birinci yarısında – Amerika hökuməti tərəfindən nüvə doktrinasının tətbiq edilməsinə qədər Birinci və İkinci dünya müharibələri baş verdi və nəticədə bütün dünyada, orta hesabla, hər gün 30 min insan ölüb, ümumi qurbanların sayı isə 80-100 milyon arası olub", – mətndə deyilir.

Doktrinada qeyd olunub ki, ABŞ nüvə və qeyri-nüvə təcavüzünün qarşısının alınmasına böyük töhfələr verib.