XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

04 Fevral 2018 - 16:29

Türk ordusu daha bir dağı və kəndi ələ keçirdi –Ordu Afrinin mərkəzinə doğru istiqamətlənir

Türkiyə ordusu müxtəlif istiqamətlərdən Afrinin mərkəzinə doğru inamla irəliləyir.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün Türkiyə ordusu Azad Suriya Ordusu ilə birgə ötən gecədən başladıqları Afrinin şimalındakı Huruz dağına doğru əməliyyatı da uğurla bitiriblər.

Belə ki, həmin strateji əhəmiyyətə sahib olan dağ da PYD/PKK-dan tamamilə təmizlənib: "Bununla da Afrinin şimalındakı Bülbül bölgəsindəki strateji Huruz dağına yönəlik əməliyyat uğurla başa çatdırılıb. Bu dağın alınması ilə Bülbül qəsəbə mərkəzinin təhlükəsizliyinin tam təmin olunduğunu demək olar".

Məlumata görə, bu dağla yanaşı, Türk ordusu Afrinin qərbində yerləşən və Şeyx Xadid bölgəsinə bağlı olan Hac Bilal kəndini də terrorçulardan azad ediblər.

Strateq.az