XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

04 Fevral 2018 - 20:27

“Rusiya bizim gözləntilərimizə cavab verdi” –Ərdoğandan NATO-ya mesaj

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın "La Stampa" nəşrinə müsahibəsində Rusiya ilə S-400 zenit-raket komplekslərinin (ZRK) çatdırılması üzrə razılaşmanı şərh edib.

Ərdoğanın sözlərinə görə, Rusiya tərəfi qiymətlər və ZRK çatdırılmalarının müddətləri, eləcə də birgə istehsal və texnologiyaların ötürülməsinin qaydaya salınması kontekstində Ankaraya kömək edib.

"Suriya ərazisindən hücumlar Türkiyənin müdafiə potensialının gücləndirilməsi, xüsusən, Hava Hücumundan Müdafiə sistemində müasirləşdirməsinə zərurət yaratdı. Biz yaxın dövlətlə danışıqlar apardıq və qiymətlə yanaşı, texnologiyaların ötürülməsi məsələsini də müzakirə edirdik. Rusiya bizim gözləntilərimizə cavab verdi", – deyə Türkiyə lideri bildirib.

Bununla yanaşı, prezident qeyd edib ki, S-400 üzrə NATO ilə hər hansı müqavilə bağlamaq yersizdir.

Ərdoğan xatırladıb ki, indiyədək NATO üzvü olan digər dövlətin – Yunanıstanın silahlanmasında S-300 kompleksləri əsas rol oynayır.

Dövlət başçısı deyib ki, Türkiyə gələcəkdə Hava Hücumundan Müdafiə üzrə kompleksləri xaricdən almamağı, istehsal etməyi planlaşdırır/Report.