XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

05 Fevral 2018 - 10:20

Türkiyə Afrində hərbçilərin ölümündə ABŞ-dan şübhələnir –Tankı kim vurub?

Ankara Afrində 5 türk hərbi qulluqçunun ölümündə ABŞ-dan şübhələnir.

 Afrində Türkiyə tankının ABŞ istehsallı "Javelin" tank əleyhinə reaktiv kompleksindən vurulduğu müəyyən edilib.

 Türkiyə mətbuatı yazır ki, bundan əvvəl Ankara Birləşmiş Ştatlara "Javelin" komplekslərinin alışı ilə bağlı müraciət etsə də, Vaşinqton bu komplekslərin Türkiyə ordusuna satışından imtina edib.  Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub. (eurasiadiary.com)