XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

05 Fevral 2018 - 20:54

Afrində daha bir kənd PYD-dən azad olundu –Türk ordusunun şəhidi var

Türk ordusu bu gün Afrin əməliyyatında daha bir şəhid verib.

Strateq.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri rəsmi məlumat yayıb.

Bildirilib ki, bu gün "Zeytun budağı" əməliyyatı çərçivəsində PKK/KCK/PYD-YPG və İŞİD-ə qarşı Afrinin Kuri Təpə bölgəsində gedən döyüşdə raket hücumu nəticəsində bir əsgər həlak olub: "Dərhal atəş nöqtəsinə cavab verilərək, məhv edilib".

Məlumatda o da bildirilib ki, bu gün Afrinin Dikmetaş kəndi də PYD/PKK terrorçularından azad olunub.