XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Fevral 2018 - 22:00

İran Türkiyəni Afrin əməliyyatını dayandırmağa çağırıb –“Bütün məsələlər danışıqlarla həll olunmalıdır”

İran fevraın 5-də Türkiyəni Suriyadakı hərbi hücum əməliyyatlarını dayandırmağa çağırıb.

“Reuters”in xəbərinə görə, Tehran bildirir ki, Afrin anklavında aparılan hərbi əməliyyatlar Suriyanın suverenliyini pozur və müharibənin əldən saldığı ölkədə gərginliyi daha da artırır. Türkiyə ötən ay Suriyanın şimalındakı Afrin regionunda kürd YPG yaraqlılarına qarşı kod adı “Zeytun bufaqı” olan hava və quru əməliyyatına başlayıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi IRNA dövlət xəbər agentliyinə deyib ki, “Türkiyə hücumu dayandırmalı, Suriyanın suverenliyinə və ərazi bütövlüyünə ehtiram göstərməlidir”.

Qasemi deyib ki, “Türkiyənin hərəkətləri sabitsizlik və terroru yenidən Suiryaya qaytara bilər”. O həmçinin bildirib ki, Suriya böhranı ilə bağlı bütün məsələlər Qazaxıstanın paytaxtı Astanada keçirilən və Rusiya, İran və Türkiyə tərəfindən aparılan danışıqlar çərçivəsində həll olunmalıdır. Qasemi deyib ki, İran Suriyadakı son hadisələri həm Türkiyə, həm də Rusiya ilə müzakirə etməkdə davam edir. Rusiya və İran Suriyadakı münaqişədə prezident Əsədi, Türkiyə isə Əsədin opponentlərini dəstəkləyir.

Ankara Afrin regionuna nəzarət edən və ABŞ tərəfindən dəstəklənən YPG-ni Kürdüstan İşçi Partiyası PKK-nın bir qolu kimi terrorçu təşkilat olmaqda ittiham edir. Türkiyə dövləti 1984-cü ildən bəri PKK-ya qarşı mübarizə aparır. (Azadlıq Radiosu)