XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

06 Fevral 2018 - 14:07

“Türk milləti ruhunu yeniləyir, heç bir qüvvə bizi hədələyə bilməz” –Ərdoğandan sərt mesaj

“Türkiyədə istehsal oluna biləcək heç bir məhsulu xaricdən almayacağıq”.

Bunu Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyanın parlamentdəki fraksiyasının genişləndirilmiş toplnatısında bildirib.

O deyib ki, rəsmi Ankaranın şərtlərini qəbul edərək birlikdə işləmək istəyən beynəlxalq müdafiə sənaye qurumları ilə əməkdaşlığa hazırıq: "Ancaq hazır məhsul almaq sahəsində əsla əməkdaşlıq etməyəcəyik”.

R.T.Ərdoğan vurğulayıb ki, Türkiyənin ərazi bütövlüyünü pozmaq istəyənlərə, ölkənin torpaqlarına göz tikənlərə cavab vermək hər bir vətəndaşın borcudur: "Ölkəmizdən xaricdə heç bir qüvvə bizi hədələyə bilməz. Qurduğumuz dövlətlərlə biz dünyanın sayılıb-seçilən bir millətiyik. İndi kimin tayfa, kimin millət olduğunu hamı görür. Biz səbrli bir millət və dövlətik. Son iki əsri fədakarlıqla keçirdik. Diplomatik danışıqlarla 5 milyon kv.km-lik vətənimizdən yalnız indiki qalıb. İndi onu da bizə çox görürlər. Türk milləti ruhunu yeniləyir. Nəticədə yatan divi oyatdılar".

Report