XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

06 Fevral 2018 - 18:32

Nazir Ramil Usubov Almaniyaya gedib –Avropa Polis Konqresində iştirak etmək üçün + FOTO

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Berlin şəhərində keçirilən 21-ci Avropa Polis Konqresində iştirak etmək üçün Almaniya Federativ Respublikasında işgüzar səfərdədir. 

Strateq.az DİN-ə istinadən xəbər verir ki, fevralın 6-da öz işinə başlayan, builki mövzusu “Əlaqələndirilmiş təhlükəsizlik fəaliyyətinin effektivliyi” olan toplantını giriş sözü ilə Almaniya Federativ Respublikasının daxili işlər nazirinin yanında parlamentin dövlət katibi Günter Krings açıb.

Hər il 50-dən artıq dövlətin 1.600-dən çox nümayəndəsinin iştirakı ilə keçirilən, daxili təhlükəsizlik məsələlərində Avropanın aparıcı konfransı hesab olunan bu mötəbər beynəlxalq forumda dünyanın bir sıra dövlətlərinin, o cümlədən Almaniyanın federal əyalətlərinin daxili işlər nazirləri, Bundestaqın deputatları, Interpolun və Avropolun, Avropa İttifaqının məsul nümayəndələri, polis və sərhəd qurumlarının rəhbərləri, təhlükəsizlik sahəsində fəaliyyət göstərən özəl şirkətlərin təmsilçiləri iştirak edirlər.

İki gün davam edəcək tədbir çərçivəsində ayrı-ayrı panellərdə ümumilikdə təhlükəsizlik sahəsindəki problemlər və onların həlli yolları, xüsusi təyinatlı qüvvələrin rolu və gələcəyi, əməliyyat əməkdaşlığının gücləndirilməsi, kibercinayətkarlığın qarşısının alınması və mühakiməsi, rəqəmsal kriminalistika, kütləvi tədbirlərin, ictimai yerlərin müşahidəsi və mühafizəsi kimi geniş spektrli, aktual məsələlərin müzakirəsi nəzərdə tutulub.