Müdafiə Sənayesi Nazirliyi bu gün zavodda baş vermiş partlayışla bağlı açıqlama yayıb.
Strateq.az nazirliyı istinadən xəbər veirr ki, məlumatda bu gün saat 19:17 radələrində “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın hadisəsinin baş verdiyi bildirilib: "Hadisə zamanı xəsarət alan olmayıb. Məlumat üçün bildiririk ki, yardımçı sahədə elektrik enerjisi və qazdan istifadə olunmur. Hadisə ilə bağlı əlavə məlumat veriləcək".
Nazirlik sonda KİV-ə müraciət edib: "Hadisə ilə bağlı məlumat verərkən nazirliyin Mətbuat xidməti ilə əlaqə saxlamanızı xahiş edirik".
Strateq.az