XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

07 Fevral 2018 - 12:22

Çavuşoğlu:"Suriya terrorçuluqla mübarizədə Türkiyə ilə həmrəydir"

Türkiyənin Xarici İşlər Nazirliyi Suriyanın terrorçuluqla mübarizədə rəsmi Ankara ilə həmrəy olduğunu hesab edir.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Nazir qeyd edib ki, Türkiyə ilə Suriya arasında diplomatik münasibətlərin olmaması hər iki ölkənin YPG terrorçuları ilə mübarizəyə müxtəlif yanaşdığını ifadə etmir: “Hesab edirəm ki, Suriya hökuməti YPG terror qruplaşması ilə mübarizə məsələsində Türkiyə ilə həmrəydir, çünki bu qruplaşma Suriyanı parçalamaq niyyətindədir”.

Qeyd edək ki, İstanbulda Suriyanın baş konsulluğu işini davam etdirir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub/Trend.