XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

07 Fevral 2018 - 15:14

ABŞ rəsmisi:"ABŞ Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinin tərəfdarıdır"

 "ABŞ Azərbaycanda ölkə Konstitusiyasına uyğun olaraq, azad və ədalətli seçkilərin keçirilməsinin tərəfdarıdır".

"Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi müavininin müşaviri Bricit Brink Bakıda keçirilən mətbuat konfransında deyib.

"Həmişə deyirik ki, ABŞ seçki kampaniyaları çərçivəsində bütün əsas azadlıqları dəstəkləməyə sadiqdir. İnsan hüquqları və əsas azadlıqlara riayət olunması, enerji təhlükəsizliyi və digər vacib məsələlər kimi, Azərbaycanla münasibətlərimizin əsas şərtlərindən biridir", – deyə diplomat bildirib.

Onun sözlərinə görə, insan hüquqlarına hörmət, korrupsiyaya qarşı mübarizə tədbirləri, qanunun aliliyi Azərbaycanda biznesin inkişafı və respublikada sabitliyin qorunması üçün vacib şərtlərdir.