XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

08 Fevral 2018 - 12:57

Rusiya Türkiyə qırıcılarına müvəqqəti qadağa qoydu –Suriyada - Səbəb

Rusiya fevralın 3-də İdlibdə Su-25 qırıcısının vurulmasından sonra Afrin və İdlib səmasını əhatə edəcək yeni elektronik hava hücumundan müdafiə sistemləri qurmaq qərarına gəlib.

Bununla bağlı Moskva tərəfi Türkiyəyə xəbərdarlıq edib.

Bildirilib ki, sistem sınaqdan keçiriləcək və bu səbəbdən türk qırıcılarının Afrin üzərindən uçuşuna icazə verilməyəcək.

Məlumatlara görə, sınaq başa çatdıqdan sonra türk qırıcıları yenidən Afrin səmasında fəaliyyətini davam etdirə biləcək.

Məsələ ilə bağlı Türkiyə və Rusiya tərəfi heç bir açıqlama verməyib/Teleqraf.com.