XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Fevral 2018 - 14:35

“Ölkədə siyasi və iqtisadi islahatlar davam edəcək” –Prezidentdən daha bir mesaj

"Bundan sonra da ölkədə siyasi və iqtisadi islahatlar davam etdiriləcək”.

Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib.

Dövlət başçısı deyib ki, ölkədə bütün dinlərin və xalqların nümayəndələri bir ailə kimi yaşayır: "Bu, vətəndaş sülhünün əsas şərtidir. Azərbaycan dünyada multikultural ideyaların təbliğində əsas məkan kimi tanınır. Yürüdülən xarici siyasət özünü doğruldub, Azərbaycanın dostlarının sayı artıb.

Bir neçə il əvvəl 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycan müsəlman aləmində çox böyük dəstək qazanıb. Avropa ölkələri ilə əlaqələr yüksək səviyyəyə qalxıb. Beynəlxalq təşkilatlarla əlaqələr inkişaf edir”.

APA