XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 February 2018 - 16:35

Putinin seçkidəki bütün rəqibləri bəlli oldu –Qeydiyyat bitdi + SİYAHI

Rusiyada yenidən prezident postu uğrunda mübarizə aparan hazırkı dövlət başçısı Vladimir Putinin rəqibləri rəsmən bəlli olub.

Rusiya Mərkəzi Seçki Komissiyası martın 18-də keçiriləcək seçkilərə qatılan prezidentliyə namizədlərin qeydiyyatını yekunlaşdırıb.

Modern.az saytı TASS agentliyinə istinadən xəbər verir ki, seçkilərdə 8 namizəd mübarizə aparacaq. Bunlar aşağıdakı siyasətçilərdir:

Vladimir Putin, Sergey Baburin, Qriqori Yavlinski, Pavel Qrudinin, Vladimir Jirinovski, Kseniya Sobçak, Maksim Suraykin, Boris Titov.