XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

08 Fevral 2018 - 20:11

Ərdoğanla İran prezidenti telefonda danışdı –Suriya böhranının detalları müzakirə edilib

Türkiyə prezidenti Ərdoğan bu gün İranlı həmkarı Həsən Ruhani ilə telefonda İstanbulda keçirləcək  "Suriya toplantı"sını müzakirə edib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, iki ölkə lideri Suriyadakı böhranı təhlil edib və eyni zamanda, Rusiya, İran və Türkiyə arasında Suriya ilə bağlı İstanbulda keçiriləcək növbəti toplantının detallarını müzakirə ediblər: "Bundan başqa, tərəflər terrorla birgə mübarizə məsələsində də ortaq hərəkət etmək niyyətində olduqlarını bəyan ediblər".

Onu da qeyd edək ki, Ərdoğan bu gün səhər Rusiya prezidenti Putinlə də telefonda danışıb. Onlar İstanbulda keçirləcək 3 ölkənin birgə toplantısının tarixinin gələn həftə müəyyən edilməsinə razılaşıblar.

Strateq.az