XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 February 2018 - 22:17

Suriya XİN-dən ABŞ-ın 100 əsgərin ölümünə səbəb olan bombardmanına etiraz:"Bu, hərbi cinayətdir"

Suriya XİN  ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın ölkənin şərqində törətdiyi hücumu hərbi cinayətkarlıq adlandırıb.

"RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Suriya XİN-in BMT-yə təqdim etdiyi məktubda bildirilir. 

"Biz beynəlxalq ictimaiyyətdən bu qətliamı pisləməyi və koalisiyanın məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırırıq”, – deyə Suriya XİN-i qeyd edib.   

 Məktubda həmçinin koalisiyanın buraxılması tələb olunur. 

Qeyd edək ki, koalisiyanın Suriya ordusuna hücumu nəticəsində 100-dək hərbçi həlak olub.