XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

08 Fevral 2018 - 22:34

MSK bu komissiyaların tərkibində dəyişiklik etdi –SİYAHI

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edib.

Bu barədə MSK-dan Strateq.az-a verilən məlumata görə, Şahbaz Fətəli oğlu Zeynalov 13 saylı Xəzər–Pirallahı, Təranə Əhməd qızı Hacıyeva 14 saylı Xəzər, Elxan Adıgözəl oğlu Xudaşlı 67 saylı Cəlilabad şəhər, Ramazan Niyazi oğlu Layıcov 109 saylı Balakən seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad ediliblər.

Digər bir qərarla isə İlham İmran oğlu Qəmbərov 13 saylı Xəzər–Pirallahı, Şahbaz Fətəli oğlu Zeynalov 14 saylı Xəzər, Hicran Abdulla oğlu Qurbanov 31 saylı Suraxanı ikinci, Ramil Cəlal oğlu Niftalıyev 43 saylı Sumqayıt üçüncü, Ələddin Bahəddin oğlu Əliyev 67 saylı Cəlilabad şəhər, Malik Təzəxan oğlu Qurbanov 72 saylı Yardımlı–Masallı, Turan Telman oğlu Məmmədov 109 saylı Balakən seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin olunublar.