Bu gün Milli Şura Beynəlxalq Mətbuat mərkəzində “Azərbaycan-Avropa Birliyi münasibətləri” movzusunda dəyirmi masa təşkil edib. Strateq.az azadlıq.info-ya istinadən bildirir ki, saat 12:00-da başlayan və iki saat davam edən tədbirdə tanınmış ictimai-siyasi xadimlər iştirak edib. Tədbirdə Azərbaycanın Avropa Birliyinə inteqrasiyasının zəruriliyi qeyd olunub, inteqrasiya üçün mümkün imkanlar dəyərləndirilib.
Dəyirmi masa Azərbaycan hakimiyyətinə Avropa Birliyi ilə assosiativ münasibətlər və azad ticarət haqqında saziş imzalamaq çağırışı yer alan qətnamənin qəbulu ilə başa çatıb. Qətnamədə qeyd olunur ki, rəsmi Bakı hakimiyyəti qoruyub saxlamaq maraqlarından irəli gələrək, Avrointeqrasiyaya maraq göstərmir və bunun üçün tələb olunan əsaslı islahatları həyata keçirmir.
Sənəddə demokratiya və insan hüquqları sahəsində ciddi gerilik, 100-ə yaxın siyasi məhbus olan ölkədə ictimai-siyasi vəziyyətə də diqqət çəkilib.