XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

09 Fevral 2018 - 17:47

Dünya liderləri hansı smartfonlardan istifadə edir?- FOTO

Rusiya prezidenti Vladimir Putin smartfondan istifadə etmədiyini etiraf edib. Kremlin mətbuat xidməti hələ dörd il əvvəl açıqlamışdı ki, Putin əlaqə yaratmaq üçün başqa vasitələrdən istifadə edir. 
 

Strateq.az xarici mətbuata istinadən dünya liderlərinin hansı telefonlardan istifadə etdiyini aydınlaşdırmağa çalışıb.

 

Putindən fərqli olaraq ABŞ prezidentinin smartfonu var. CNBC telekanalı ötən ilin yazında Donald Trampın iPhone-dan istifadə etdiyi barədə xəbər yaymışdı. Maraqlıdır ki, ondan bir neçı ay il əvvəl Tramp "Apple" məhsullarını boykot etməyə çağırmışdı. Buna səbəb isə şirkətin ABŞ Federal Təhqiqatlar Bürosu ilə əməkdaşlıqdan imtina etməsi idi. KİV-lərdə Donald Trampın "Samsung Galaxy S3"dən də istifadə etdiyinə dair məlumatlar var.

 

Dmitri Medvedev

Rusiya baş naziri Dmitri Medvedevin "Apple" həvəskarı olduğu heç kimə sirr deyil. Hələ 2010-cu ildə ABŞ-a səfəri zamanı Medvedev "Apple"ın qurucusu Stiv Cobsla görüşmüşdü. Həmin vaxt Cobs baş nazirə dördüncü nəsil iPhone hədiyyə etmişdi. Hazırda Medvedev iPhone-nin ən son modelini işlədir. Noyabrın ortalarında Rusiya hökumət başçısı iPhone X-lə danışarkən görüntülənmişdi.

 

Angela Merkel

Almaniya kansleri Angela Merkelin hansı telefondan istifadə etdiyi məlum dinləmə qalmaqalından sonra üzə çıxmışdı. Kanslerin telefonlarının dinlənildiyi ictimailəşəndən sonra məlum olmuşdu ki, o, 2009-cu ildən 2013-dək  düyməli Nokia 6260 telefonundan istifadə edib. Qalmaqaldan sonra kanslerin telefonu dəyişdirildi və Merkel Blackberry Q10-dan istifadə etməyə başladı.

 

Emanuel Makron

Fransa prezidenti Emanuel Makronun hansı telefondan istifadə etdiyi onun ötən ilin iyununda hazırlanan portretindən məlum oldu. Portretdən aydın görünürdü ki, prezidentin masasının üzərində iPhone var. Yeri gəlmişkən, prezidentlərin portretində mobil aparatın olması ilk belə nümunədir.

Strateq.az