XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

09 Fevral 2018 - 18:15

Saakaşvili yenidən həbs edildi –Polis eks-prezidentin olduğu otelə basqın edib

Ukrayna xüsusi təyinatlıları Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin olduğu otelə basqın ediblər.

Minval.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kiyev polisinin nümayəndəsi David Sakvarelidze öz “facebook” profilində məlumat yayıb. Onun sözlərinə görə, Saakaşvili həbs edilib. Qeyd edək ki, Ukrayna Ədliyyə naziri Pavel Petrenko bu gün ölkənin baş prokurorunun Saakaşvilinin ekstradisiya məsələsinə baxacağını açıqlamışdı.