XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

10 Fevral 2018 - 11:22

Nazir:"Fevral ayının pensiyası yanvar və fevral aylarındakı artımlarla birgə ödəniləcək"

"Fevral ayının pensiyalarının ödənişi zamanı pensiyalar yanvar və fevral aylarındakı artımlarla birlikdə ödəniləcək". 

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında deyib.

O bildirib ki, əmək pensiyalarının artımı sığorta hissəsinin üzərinə əlavə olunur: "2017-ci il üzrə orta aylıq əmək haqqının artım tempi 5,7 faiz təşkil edib. Buna uyğun olaraq da pensiyalar 5,7 faiz artırılacaq".