XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 February 2018 - 16:35

İcra başçısı:"Bayılda sürüşmə zonasında yaşayan sakinlərə kirayə pulu veriləcək"

"Bayıl sürüşmə zonasının sakinlərinə bir illik kirayə haqqı veriləcək".

"Report" xəbər verir ki, bunu ərazidə yaşayan sakinlərlə söhbətində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. O bildirib ki, kirayə haqqı fevralın 13-dək ödəniləcək: "Hazırda məsələyə rəsmi səviyyədə baxılır".

İcra başçısı tapşırıq verib ki, sakinlərin evlərində qalan əşyaları məktəbin binasına yığılsın: "Ərazidə öncə təhlükəsizlik tədbirləri görülməlidir".