XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

10 Fevral 2018 - 21:37

Türkiyə SQ:"Afrində 3 əsgər şəhid olub, 5 hərbçi yaralanıb"

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatında bir neçə hərbçi şəhid olub.

"Report" xəbər verir ki, bu barədə "Hürriyyet" Türkiyə Silahlı Qüvvələrinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, bu gün keçirilən hərbi əməliyyatlarda 3 hərbçi həlak olub. Əməliyyat zamanı habelə daha 5 hərbçi yaralanıb.

Türkiyə Silahlı Qüvvələri PKK-nın Suriya qolu PYD və YPG-nin, habelə İŞİD-in azı 15 terrorçusunu zərərsizləşdirib.