XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Fevral 2018 - 11:45

Putinlə Netanyahu arasında telefon söhbəti- İsrailin Suriyaya raket zərbələri müzakirə edilib

Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Binyamin Netanyahu telefon danışığı zamanı Suriya-İsrail sərhədindəki vəziyyəti müzakirə ediblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat-xidmətinin məlumatında bildirilir.

“Telefon danışığı zamanı Suriya ərazisindəki hədəflərə raket zərbələri endirmiş İsrail Hərbi-Hava Qüvvələrinin hərəkətləri ilə bağlı yaranmış vəziyyət müzakirə edilib”, – deyə məlumatda bildirilir.  

“Rusiya bölgədəki gərginliyin artmasına səbəb ola biləcək istənilən addımlardan çəkinməyə çağırıb”, – deyə məlumatda bildirilir.