XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

11 Fevral 2018 - 14:00

11-ci SİNİF ŞAGİRDİNİN HANSI GENERALIN NƏVƏSİ OLDUĞU DƏQİQLƏŞDİ

Bakıdakı 132-134 saylı Təhsil Kompleksində 7-ci sinif şagirdini zorakılığa məruz qoyan 11-ci sinif şagirdinin kimliyi məlum olub.

Xatırladaq ki, bəzi saytlarda 11-ci sinifdə oxuyan şagirdin sabiq Müdafiə Naziri Dadaş Rzayevin nəvəsi olduğu bildirilsə də, bu, yanlış xəbərdir və Dadaş Rzayevin ailəsindən də xəbəri təkzib ediblər. 

Strateq.az dəqiqləşdirib ki, kadrlarda görüntülənən şəxs Müdafiə nazirinin dünyasının dəyişmiş sabiq müavini, general-mayor Zaur (Zadir) Rzayevin nəvəsidir – oğlu Siyavuşun övladıdır.

Xatırladaq ki, Azərbaycan ordusunun ilk hərbi hissəsinin komandiri olmuş Zaur Rzayev 1937-ci ilin oktyabrın 10-da Lənkəran rayonunun Şürük kəndində anadan olub. 1955-ci ildə Azərbaycan Pedaqoji Universitetin fizika-riyaziyyat fakültəsinə daxil olsa da, ailə vəziyyəti ağır olduğundan təhsilini yarımçıq qoyub. 1958-1962-ci illərdə Bakı Ali Ümumqoşun Komandan hərbi məktəbini qırmızı diplomla bitirəndən sonra leytenant rütbəsi alaraq Almaniyadakı SSRİ ordusunda xidmətə göndərilib.

Daha sonra 1971-ci ildə Moskvada M.F.Furunze adına Hərbi Akademiyaya daxil olub və 1975-ci ildə oranı bitirib. Oradan isə Zaqafqaziya Hərbi Dairəsinə alay komandirinin müavini, sonralar isə Bakı şəhərinə azərbaycanlı zabit kadrlarını yetişdirmək üçün BDU-nun hərbi kafedrasının müdir müavini vəzifəsinə göndərilib. Burada isə polkovnik rütbəsinə ucalan Zaur Rzayev kafedra rəisi vəzifəsinə təyin edilib.

1991-ci oktyabrın 9-da bilavasitə özününun şəxsi təşəbbüsiylə yaratdığı "I batalyon" kimi tanınan, Azərbacan Silahlı Qüvvələrinin ilk N saylı hərbi briqadasının komandiri kimi Qarabağ döyüş bölgəsinə gedib. 1992-ci ildə Ağdərənin 12, Laçının 40 kəndinin azad edilməsinə, eləcə də korpus komandiri kimi Beyləqan və Füzuli istiqamətində uğurlu əks-hücum əməliyyatına rəhbərlik edib.

1992-ci il oktyabrın 19-da Əbülfəz Elçibəyin fərmanı ilə general-mayor rütbəsinə layiq görülüb. Həmin ilin noyabrında Bakıya çağırılaraq II korpusun komandir müavini vəzifəsinə, 1993-cü il iyunun 16-da isə Cəbhə komandanı, müdafiə nazirinin I müavini vəzifəsinə təyin olunub.

29 yanvar 2010-cu il tarixdə Zaur Rzayev 72 yaşında uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.