XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

11 Fevral 2018 - 15:58

Həcc ziyarəti ilə bağlı sənəd qəbulu başlayır- Qiymət 4150 dollar olacaq

Sabahdan Azərbaycanda bu ilki həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna start verilir.

APA-nın məlumatına görə, fevralın 12-dən həcc ziyarətində iştirak etmək istəyən zəvvarlar Qafqaz Müsəlmanları İdarəsinə (QMi) pasport (biometrik), şəxsiyyət vəsiqəsinin surəti, 4Х6 ölçülü 4 ədəd şəkil (qadınlar başı örtülü), sağlamlıq haqqında arayışı təqdim etməlidirlər.

Eyni zamanda bu ilki həcc ziyarətinin qiyməti də məlum olub. Bu il ötənilki kimi iki variantda deyil, bir varianta həcc ziyarəti üçün qiymət müəyyənləşib. Həcc ziyarətinin  qiyməti 4150 dollardır.

QMİ-dən APA-ya xəbəri təsdiqləyiblər.