XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 February 2018 - 11:56

“Zeytun budağı” əməliyyatı:1485-ci terrorçu məhv edildi

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində bu günədək 1485 terrorçunu zərərsizləşdirib.

Bu barədə Trend Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir.

Əməliyyatın 26-cı günündə Afrində 53 nöqtə terrorçulardan təmizlənib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.