Türkiyənin Baş naziri Binəli Yıldırım Amerikanın ölkəsinə gizli embarqo qoyduğunu bəyan edib.
Strateq.az xəbər verir ki, o, bu barədə "BBC Türk"ə müsahibəsində açıqlama verib.
Baş nazir bildirib ki, hazırda Türkiyənin əsas gündəmi Afrindir: "Afrinin cəmi 3 min 800 km-lik ərazisi var. Yəni "Fərat qalxanı" əməliyyatının əhatə etdiyi ərazidən iki dəfə kiçikdir. Ancaq bizim bu kiçik ərazi ilə 135 km-lik sərhədimiz var və hər metrəsi də ölkəmiz üçün təhdiddir. Biz buranı terrordan təmizləyirik".
Baş nazir bundan sonra ABŞ-ın Türkiyəyə qarşı tutduğu anlaşılmaz mövqedən danışıb, maraqlı fakt açıqlayıb: "Sən NATO ortağına hər anlamda dirsək çevirirsən, etmək lazım olduğunu etmirsən. NATO müttəfiqinə düşmənlik edən, onu bölməyə, parçalamağa çalışan çapulcularla qol-boyun olursan. Çevrilişçini (Fətullah Güləni nəzərdə tutur – Strateq.az) ver deyirik, vermirsən. Terrorçu ilə iş görmə deyirik, davam edirsən. Günahsız yerə bank müdirinin müavinini tutursan və s. Bu, necə olacaq? Amerika zatən bizə gizli embarqo tətbiq edib".
ABŞ-ın gizli embarqonu necə tətbiq etməsinə də aydınlıq gətirən Binəli Yıldırım baş verənləri rəzillik sayıb: "Əfəndim, polislərə verilən qıçı qırıq tapançalar var ha, onu da istəyəndə deyirlər ki, Konqresə sənədi göndərək, keçsə, baxarıq. Qardaşım, sən tanklar dolu təyyarələri PYD-yə, YPG-yə göndərərkən, Konqresdən soruşdunmu? Bu, nə rəzillikdir?! Zənn edirlər ki, biz heç bir şey bilmirik. Ancaq hər şeyi çox gözıl bilirik…".
Strateq.az