XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 February 2018 - 10:22

Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti keçiriləcək:"Konvensiyanın imzalanması gözlənilir"

“Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti bu ilin ikinci yarısında keçiriləcək”.

 “Sputnik-Qazaxıstan”ın verdiyi xəbərə görə, bunu Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov deyib.

O bildirib ki, sammitdə Xəzərin statusuna dair Konvensiyanın imzalanması gözlənilir: “Bu sənəd Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İran arasında imzalanacaq bir sənəddir. Tərəflər bütün detallarda razılaşıblar. Sənədin mətni demək olar ki, hazırdır”.

Nazir qeyd edib ki, hazırda bəzi daxili prosedurların başa çatması gözlənilir, bundan sonra sammitin dəqiq vaxtı açıqlanacaq/APA.