XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

15 Aprel 2015 - 20:28

Avropanın ləkəli qərarına Ərdoğandan sərt cavab -Türkiyə ayaqda!
“Türkiyənin üzərində “soyqırım” ləkəsi və kölgəsi yoxdur”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Avropa Parlamentinin (AP)1915-ci il hadisələrini “soyqırım” adlandırmasına cavab olaraq bildirib:
“Ermənistan başda olmaqla, parlamentlərinin qapısını onlara açan millətlərə səslənirəm: mənim ölkəmdə vətəndaşı olan və olmayan 100 minə yaxın erməni var. Əcaba, onların ölkəsində nə qədər erməni var? Bizim erməni vətəndaşlarımıza qarşı bu günə qədər hər hansı ayrı-seçkiliyimiz oldumu? Biz ölkəmizə öz ölkəsindən qaçıb gələn erməniləri də deportasiya etmədik, halbuki edə bilərdik. Onları hələ də ölkəmizdə qonaq edirik. Belə bir davranış nümayiş etdirən ölkəyə bu cür qarşılıq verilməsini anlamaq mümkün deyil”.
Ərdoğan AP-nin qərarı ilə bağlı deyib: “Necə qərar veririlərsə versinlər, bir qulağımızdan girib, o birindən çıxacaq. Türkiyənin belə bir ittihamı qəbul etməsi əsla mümkün deyil”.
Türkiyə baş nazirinin müavini Yalçın Akdoğan isə qərara “twitter” sosial şəbəkəsi üzərindən münasibət bildirib:
“AP bu qərarı ilə sözünün ağırlığını aradan qaldırır. AP-nin bir gücü, təsir imkanı varsa, tarixlə bağlı boş sözləri buraxıb, bu gün yaşanan real hadisələrlə bağlı mövqeyini ortaya qoysun”.
Türkiyənin Avropa Birliyi (AB) üzrə naziri və baş müzakirəçi Volkan Bozkır da AP-nin qərarı ilə bağlı yazılı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Türkiyənin nümayiş etdirdiyi xoş niyyətə qarşı AP bu qərarı ilə tarixi siyasətə alət edib.
Bozkır bu qərarın tarixi və hüquqi gerçəyi əks etdirmədiyini, ona görə də Türkiyə və Türk milləti üçün heç bir əhəmiyyət daşımadığını qeyd edib: “Avropa Parlamenti bugünkü qərarı ilə keçmişdəki acılar arasında ayrı-seçkilik yaradıb. Birinci Dünya Müharibəsində həlak olmuş Türk və Müsəlman xalqların uğradığı faciələri görməzdən gəlib, sadəcə ermənilərin acılarını önə çıxarıb”.
Nazir qeyd edib ki, 1915-ci il hadisələri Türkiyəyə qarşı bəhanə olaraq istifadə edilir: “Bu məsələnin siyasi mübarizə mövzusu kimi təqdim edilməsi qəbuledilməzdir”.
Bozkır Türkiyənin 1915-ci il olaylarının tarixi komissiyada araşdırılması ilə çağırış etdiyini də xatırladıb: “Ermənistanla 2009-cu ildə protokollar imzaladıq. Ancaq bu protokollar təsdiq olunmadan Ermənistan parlamentindən yığışdırıldı. Avropa Parlamenti isə bu qərarı ilə tarixi siyasətə alət etdi. AP-nin istifadə etdiyi “soyqırım” ifadəsi hüquqi anlayışdır. Haqqında heç bir məhkəmə qərarı olmayan 1915-ci il olaylarını soyqırım olaraq təqdim etmək, iftiradan o yana keçməməkdir”.
Qeyd edək ki, bu gün Avropa Parlamenti qondarma “erməni soyqırımı”nın 100 illiyinin ümümavropa anımına dair Qətnamə qəbul edib.
APA