XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

15 Fevral 2018 - 13:15

Türkiyə ordusu İdlib-Afrin yoluna doğru irəliləyib –Yeni məntəqələr qurulacaq

Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi karvan dünən axşam saatlarında Suriya ilə sərhədi keçərək İdlib-Afrin yoluna doğru irəliləyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, İdlibdəki gərginliyi azaltmaq üçün karvan Maarretinuman rayonunun Əs Sırman kəndinə çatıb.

Türk ordusu burada yeni müşahidə məntəqəsi quracaq. Məntəqə Türkiyə-Suriya sərhədindən 70 kilometr aralıda yerləşir.

Məntəqədən 10 kilometr uzaqlıqda Əsəd rejimi və İranın dəstəklədiyi qruplar məskunlaşıb.

Qeyd edək ki, 2017-ci il oktyabrın 12-də Astanada Rusiya, İran və Türkiyə arasında bağlanmış razılaşmaya əsasən, türk ordusu İdlibdə 12 müşahidə məntəqəsi qurmalıdır.