XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

15 Fevral 2018 - 14:20

Prezident İlham Əliyev Trampa başsağlığı məktubu göndərdi:"Xəbərdən olduqca kədərləndim..."

Azərbaycan Prezidenti İlham Əliyev bu gün ABŞ Prezidenti Donald Trampa başsağlığı məktubu göndərib.

Strateq.az həmin məktubu təqdim edir:

"Hörmətli cənab Prezident,

 Florida ştatının Parklend şəhərində məktəbdə törədilmiş silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.

Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".