XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

15 Fevral 2018 - 21:22

Merkellə Yıldırım arasında “Dəniz Yücel” müzakirəsi:"Biz təkcə öz vətəndaşlarımızı deyil, NATO-nu da qoruyuruq"

Almaniyaya səfər edən Türkiyənin baş naziri Binəli Yıldırım Almaniyalı həmkarı Angela Merkelə görüşüb.

Baş nazirlər qapalı görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

Strateq.az xəbər verir ki, mətbuat konfransında da Merkel Türkiyədə terrora dəstək ittihamı ilə həbs edilən Almaniya vətəndaşı Dəniz Yücelin azad edilmə məsələsini qaldırıb:

"Dəniz Yücel söhbəti bizim üçün çox böyük önəm daşıyır. O, iddianamə hazırlanmadan bir ildir həbsdə saxlanılır. Bu gün bu davanın Almaniya üçün əhəmiyyətini həmkarımın diqqətinə yenə çatdırdım. Digər yandan, hüquq dövlətinin təməl prinsiplərini müzakirə etdik.  Almaniya olaraq, Türkiyədə baş verən çevriliş cəhdini qınadığımızı təkrar bəyan edirəm. Cənab Baş nazir və Ərdoğanla sıx münasibətləri qorumaq məcburiyyətindəyik".

Binəli Yıldırım isə deyib ki, Almaniyada 3 milyondan çox türk yaşayır: "Bu, soydaşlarımız aramızda körpü rolunu oynayır. Onların varlığı əlaqələrimizin təməlidir. Qaldı Dəniz Yücel ve digər həbs edilənlərə, onlar məlum ittihamlarla tutulublar. Bizə isə düşən məhkəmənin işini asanlaşdırmaqdır".

Binəli Yıldırım əlavə edib ki, Türkiyə bölgədə terrorla mübarizə aparır: "Biz bu mübarizədə təkcə öz vətəndaşlarımızı deyil,  eyni zamanda  NATO-nu da qoruyuruq".

Baş nazir deyib ki, Almaniya ilə münasibətlərin sağlam formada davam edəcəyinə inanır.

Strateq.az