XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

15 Fevral 2018 - 23:53

Mikayıl Cabbarov üç nazirlik əməkdaşını rüşvət alarkən tutdurdu –Adlar

Yeni vergilər naziri Mikayıl Cabbarov tərəfindən Vergilər Nazirliyində işdən çıxarılmış üç əməkdaş rüşvət alarkən yaxalanıb.

Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat veriblər.

İnformasiyaya əsasən, Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin əməkdaşları olmuş Nurlan Hüseynzadə, Cavid İsgəndərov və Emin Rəsulov Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyicilərindən, özlərini Vergilər Nazirliyinin əməkdaşları adı ilə təqdim edərək rüşvət alarkən saxlanılıblar.

Onlar Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai araşdırılması Departamenti tərəfindən ifşa olunublar.

Hazırda saxlanılan şəxslər barəsində müvafiq araşdırmalar aparılır. Vergilər Nazirliyinin keçmiş əməkdaşlarından izahatlar alınıb.