XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

16 Fevral 2018 - 14:12

ABŞ dövlət katibi Çavuşoğlu ilə görüşdü:“Bundan sonra Türkiyə ilə birlikdə hərəkət edəcəyik"

"Bu mərhələdən sonra Türkiyə ilə birlikdə hərəkət edəcəyik".

APA-nın NTV telekanalına istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ dövlət katibi Reks Tillerson Türkiyəyə səfəri çərçivəsində Ankarada həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

R. Tillerson bildirib ki, artıq iki müttəfiq ölkə ayrılıqda hərəkət etməyəcək: “Biz birlikdə Suriyadakı bütün problemləri dəyərləndirəcəyik. Birlikdə hərəkət edəcəyik. İŞİD-lə mübarizə aparacağıq. Ərazilərin təhlükəsizliyini təmin edəcəyik. Görüləcək çox iş var. Sürətlə başlamalıyıq. Bu istiqamətdə iş aparacaq ilk qrup martın ortasında toplanacaq. Lakin vacib bir hal olduqda biz gözləməyəcəyik, hərəkət edəcəyik”.