XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

17 Fevral 2018 - 01:02

Lavrovla Ukrayna XİN başçısının görüşü nəticəsiz bitib:"Heç bir razılaşma yoxdur"

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna və Rusiya xarici işlər nazirləri Pavel Klimkin və Sergey Lavrov arasında görüş olub.

Bu barədə Rusiya XİN-i məlumat yayıb.

Bildirilir ki, tərəflər görüş zamanı Ukraynadaxili münaqişənin nizamlanması, 12 fevral 2015-ci il tarixli Minsk sazişlərinin yerinə yetirilməsi üzrə kompleks tədbirlər və BMT-nin Donbasdakı rolunu müzakirə ediblər.

Klimkin jurnalistlərə açıqlamasında bildirib ki, onun rusiyalı həmkarı ilə görüşü heç bir nəticə verməyib:

"Mən belə başa düşürəm ki, biz müzakirələri davam etdirməliyik. Hələ heç nəyə razılıq verməmişik. Rusiyanın baxışı fərqlidir. Bu işi davam etdirəcəyik. Düşünürəm ki, humanitar baxımdan bu görüş vacibdir. Ümid edirəm ki, biz prosesə təkan verə bilərik. Başqa məsələlərdə də, anladığınız kimi, heç bir razılaşma yoxdur".

Report