XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

17 Fevral 2018 - 12:33

“Zeytun budağı”:zərərsizləşdirilən terrorçuların sayı artır 1595-ə çatıb

Türkiyənin Afrində keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 1.595 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd edək ki, son məlumatlara görə, əməliyyat müddətində 63 yaşayış məntəqəsi terrorçulardan azad edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.