XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

17 Fevral 2018 - 15:31

Ərdoğan vəd verdi:"Afrində də, İdlibdə də, Menbiçdə də hədəfə çatacağıq"

Türkiyə prezidenti Ərdoğan bu gün Afyonkarahisar şəhərində partiyasının 6-cı konqresində Afrin əməliyyatı haqda danışıb.

Strateq.az xəbər verir ki, Ərdoğan tezliklə zəfəri bayram edəcəklərini bildirib: 

"Hər geçən gün zəfərə bir az da yaxınlaşırıq. Unutmayın, səbr edən hər kəs zəfərə çatacaq. Qələbəyə daha yaxınıq. Hazırda əsgərlərimiz gecə-gündüz demədən, dağ, daş, təpə bilmədən irəliləyir. Hazırda 300 km-lik ərazini təmizləmişik. Cerablusda, El Babda necə nəticə əldə etmişiksə, Afrində də, İdlibdə də, Menbiçdə də hədəfə çatacağıq".

Ərdoğan bəyan edib ki, Türkiyənin məqsədi Suriyalıların öz torpaqlarına yerləşməsinə nail olmaqdır: "3.5 milyon Suriyalı qardaşımızın evlərinə dönmələrini istəyirik. Bunun üçün çalışırıq.  Türkiyə olaraq qardaş Suriyanın torpaqlarında gözümüz yoxdur. Bizə öz torpaqlarımız yetər".

Strateq.az