PYD terrorçuları Afrindən Türkiyənin Hatay bölgəsinə raket zərbəsi endirib.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, raket zərbəsi nəticəsində Hatayın Kırıkhan rayonuna bağlı olan Qalatəpə sərhəd məntəqəsində olan 2 Türkiyə əsgəri ilə yanaşı, Azad Suriya Ordusunun 5 əsgəri yaralanıb: "7 yaralı dərhal Kırıkhan Dövlət Xəstəxanasına aparılıblar. Raketin atıldığı ərazi Türkiyə ordusu tərəfindən top atəşinə tutulub".