XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

18 Fevral 2018 - 11:52

İranda sərnişin təyyarəsi qəzaya uğrayıb –İsfahanda YENİLƏNİB

Bu gün İranda sərnişin təyyarəsi qəzaya uğrayıb. 

APA-nın məlumatına görə, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Göyərtəsində 60 sərnişin olan təyyarə İsfahan əyalətində qəzaya uğrayıb. Təyyarənin Tehran-Yasuc aviareysini yerinə yetirdiyi açıqlanıb.

***

İranda paytaxt Tehrandan Yasuç şəhərinə uçan "Aseman Airlines" aviaşirkətinə məxsus "ART-72" tipli sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb.

APA-nın "Tasnim" agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla səhər saat 08.00-da Tehrandan havaya qalxan sərnişin təyyarəsi 50 dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 66 nəfər var. Bölgəyə xilasedici dəstələrin olduğu vertolyotlar göndərilsə də, sıx duman səbəbindən vertolyotlar qəza baş verən dağlıq əraziyə enə bilmir. Bu səbəbdən hələlik qəzaya uğrayan təyyarənin qalıqları aşkarlanmayıb.