XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 February 2018 - 15:14

Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib:"İnsan tələfatı xəbəri məni olduqca kədərləndirdi"

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli cənab Prezident,

Ölkənizdə sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".