XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

18 Fevral 2018 - 15:22

Lavrov niyə “Şərq Tərəfdaşlığı” sazişinin əleyhinə olduqlarını açıqladı:“Bizi inandırdılar ki...”

“Şərq Tərəfdaşlığının Azərbaycan, Ermənistan və Belarusu Rusiyadan ayırmaq üçün istifadə olunduğunu deməmişəm”.

Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Münhen Təhlükəsizlik Konfrasında “Azərbaycan, Belarus və Ermənistanın Rusiyanın onlar qarşısında seçim qoyduğu üçün AB ilə müqavilə imzalamır” sualına cavab verərkən söyləyib.

“Bu tip fikirlərlə Rusiya təhdidi anlayışı yaradılır. Siz öz sualınızı sanki mənim Şərq Tərəfdaşlığını bu ölkələri Rusiyadan ayırmaq vasitəsini olduğunu deməyimlə başladınız. Mən demişəm ki, Şərq Tərəfdaşlığı formalaşdırılanda bizi inandırdılar ki, o, Rusiyaya qarşı yönəlməyəcək. Mən ümid edirəm ki, bu bəyanatlar yerinə yetiriləcək. Belə ki, sizin xatırlatdığınız (Azərbaycan, Ermənistan və Belarus – red.) bir çox ölkələr Şərq Tərəfdaşlığının məhz bu formada istifadəsini istəyirlər” – deyə o bildirib. (axar.az)