XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

19 Fevral 2018 - 08:38

İŞİD sərhədimizə çatıb –Terror qruplaşması Dağıstandakı qətliamı öz üzərinə götürdü

İŞİD terror qruplaşması Dağıstanın Kizlər şəhərində törədilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə Reuters agentliyi xəbər verib. Bununla belə faktı təsdiqləyən heç bir dəlil təqdim edilməyib.

Fevralın 18-də Dağıstanın Kizlər şəhərində Maslenitsa bayramının qeyd olunduğu kilsədə 22 yaşlı Xəlil Xəlilov insanlara atəş açıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 4-ü yaralanıb. X.Xəlilov polis əməkdaşının açdığı cavab atəşi ilə öldürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

APA