XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

19 Fevral 2018 - 15:48

“Onların özləri yanıb külə dönsün” –Sabiq deputatdan Ziya Məmmədovun evinin yanma xəbərinə reaksiya

“Evin bağbanı yaşayan balaca bir butka yanıb”.

Strateq.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Elton Məmmədov keçmiş əqliyyat naziri Ziya Məmmədovun İsmayıllı rayonunun Buynuz kəndində yerləşən villasında baş verən yanğından danışarkən deyib.

O, bu yanğın hadisəsinin baş verməsində həmin evdə yaşayan bağbanı günahlandırıb: “Hamısı bağbanın səhlənkarlığıdır. Nə villa? Yalandır. Olmayan bir məlumatdır. Heç düşmənə də arzulamıram ki, evi yansın. Azərbaycanlıyıq, ən azı bir təəssüf hissi olmalıdır. Onların özləri yanıb külə donsün”.

Qeyd edək ki, İsmayıllı rayonunda fərdi yaşayış evi yanıb. Rayonun Buynuz kəndində qeydə alınan yanğın keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilir.