XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

19 Fevral 2018 - 19:10

20 Yanvar əlillərinə verilən  Prezident təqaüdü  artırıldı –SƏRƏNCAM

Prezident İlham Əliyev  müharibə əlillərinə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən müharibə əlillərinə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılır.