XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

20 Fevral 2018 - 15:40

Livanlı general Tel-Əvivi hədələdi:"Ordumuz nə mümkündürsə, onu da tətbiq edəcək”

Rəsmi Təl-Əvivin mübahisəli əraziyə divar tikiləcəyini açıqlaması İsraillə Livan arasındakı gərginliyi daha da yüksəldib.

Livanlı general Jozef Aoun İsrailin hər hansı təşəbbüsünə qarşı istənilən hərbi varianta əl atacaqlarını bildirib.

“Qəti və açıq şəkildə bildirirəm, əgər İsrail Livanın müstəqilliyini və iqtisadi mənbələrini təhlükəyə atan cəhd etsə, nəticə nə olur olsun, İsrailin bu təcavüzkar həmləsinə qarşı ordumuz nə mümkündür, onu da tətbiq edəcək”, – general bildirib.

Qeyd edək ki, İsrail Livanla BMT-nin müəyyən etdiyi sərhəd xətti boyu divar tikintisinə başlanılacağını açıqlayıb/Axar.az.