XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

20 Fevral 2018 - 20:20

Nazir Ramil Usubov Səudiyyə kralı ilə görüşdü –İki ölkə arasında hökumətlərarası protokol imzalandı + FOTO

Daxili işlər naziri Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri Əbdüləziz bin Səud bin Naif bin Əbdüləzizin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub.

DİN-nin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti ilə krallığın daxili işlər naziri arasında görüş keçirilib.

Krallığın daxili işlər naziri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın genişləndiyini vurğulayıb.

Nazir Ramil Usubov isə səfərin nazirliklərarası əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Görüşdə dövlətlərarası müqavilə-hüquqi bazasının təkmilləşdirilməsi çərçivəsində iki ölkənin Daxili İşlər nazirlikləri arasında işbirliyinin, cinayətkarlıqla mübarizədə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan hökumətlərarası protokol imzalanıb.

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Səudiyyə Ərəbistanı kralı beynəlxalq arenada ölkəsinin Azərbaycanı tam dəstəklədiyini vurğulayıb.

Nazir Ramil Usubov keçirdiyi görüşlər, aparılan danışıqlar barədə məlumat verib, bu səfərin ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə xidmət etdiyini bildirib.

Qəbulda və görüşlərdə ölkəmizin Səudiyyə Ərəbistanındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev iştirak edib.