XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

21 Fevral 2018 - 00:51

Daha bir qurum “Qaçqınkom”un tabeçiliyinə verildi –Dəyişiklik

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artıb.

Nazirlər Kabineti bununla bağlı  "Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən Tərtər rayon Mənzil-Kommunal İstismar Sahəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

APA