XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

21 Fevral 2018 - 17:36

Ərdoğandan yeni mesajlar:"Türkiyə insansız tank da istehsal edəcək"

Türkiyə prezidenti Ərdoğan bu gün 11-ci Yüksəliş Planı adlı konfransda insansız tank istehsal edəcəklərini bəyan edib.

Strateq.az xəbər verir ki, Ərdfoğan son illər Türkiyənin çox böyük inkişaf yolu keçdiyini vurğulayıb. 

Qeyd edib ki, Türkiyədə artıq yoxsulluğun adı da çox dəyişib: "Bu gün yoxsul demək artıq çörək tapmamaq deyil, normal yaşayışın nisbətən ardında qalmaqdır. Bu gün Türkiyədə adam başına düşən milli gəlir 11 min dollardır. 2002-də 236 milyard dollar olan milli gəlirimizi 2016-da 863 milyard dollara çıxardıq…".

Daha sonra Ərdoğan deyib ki, müdafiə sənayesi sahəsində də böyük işlərə imza atılıb: 

"Türkiyə 600 layihə üzrə özünümüdafiə silahlarının 65 faizini artıq özü istehsal edir. Hazırda Afrində zirehli maşınlarımız var, bunların hamısı yerli istehsaldır. Bu pis qonşularımız bizi silahlı və silahsız hava pilotları da yaratdırdı. Bu sıradan bir məsələ deyil. Özümüz istehsal etməsəydik, o zaman bir İHA-mız vurulanda "biz nə edəcəyik" sualı ilə üz-üzə qalacaqdıq. İndisə deyirik, vura bilirsiniz, vurun…

Sözüm odur ki, biz artıq bu mərhələyə çatdıq. Bizim insansız (yəni sürücüsü olmadan elektron sistemlə idarə olunan) tank istehsalına nail olmağımız da çox lazımdir. Bunları düşünməliyik. Artıq bu teknologiyanı ölkənin gündəminə gətirməliyik, gətirəcəyik".